Xərçənglə mübarizə edən müğənni - "Neçə günüm qaldı, bilmirəm"

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:12 04.05.2023

Bir müddətdir xərçənglə mübarizə aparan türkiyəli müğənni Hülya Bozkaya sosial media hesabından paylaşım edib.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bozkayanın paylaşımı izləyicilərindən çox dəstək alıb.
 
48 yaşlı Hülya Bozkaya yumurtalıq xərçəngindən əziyyət çəkir. Aprel ayının əvvəlində səhhəti ilə bağlı paylaşım edən Hülya Bozkaya, "Əziz dostlarım, təəssüf ki, sizə şad xəbər verə bilmərəm. Kimyaterapiyadan sonra  3 yeni tapıntı aşkarlanıb. Yorğunam, mübarizə etməyə gücüm yoxdur, kaş belə olmasaydı. Amma bəzən taleyə təslim olmaq lazım gəlir. Yaradana nə istəsə, sığındım", - deyib.
 
Qeyd edək ki, məşhur müğənni bir müddət əvvəl ifa etdiyi yeni klipini təqdim edib.