Süni intellekt antibiotiklər yaratdı

Bölmə: MEDİA › ,
Tarix: 23:09 26.05.2023

Alimlər süni intellektin köməyi ilə antibiotiklərə davamlı bakteriyaları öldürən yeni antibiotik istehsal ediblər.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, kanadalı və amerikalı tədqiqatçılar süni intellektin yaxın günlərdə yeni dərmanların kəşfində inqilab edəcəyini bildiriblər.

 

Minlərlə dərmanın kimyəvi quruluşu ilə öyrədilmiş süni intellekt cəmi bir saat yarım ərzində 6680 dərman formulu təklif edib. Onlardan 240-nı laboratoriyada sınaqdan keçirən tədqiqatçılar doqquz potensial antibiotik aşkar ediblər.

 

Tədqiqatçılar süni intellektin köməyi ilə istehsal olunan ilk antibiotiklərin 2030-cu ildə istifadə oluna biləcəyini proqnozlaşdırırlar.

 

Xumar