Avropa İttifaqından Maska öhdəlik xəbərdarlığı
Bölmə: MEDİA › ,Tarix: 23:29 30.05.2023
Avropa İttifaqı (Aİ) İlon Maska məxsus Tvitter-in könüllü olaraq daxil olduğu dezinformasiya ilə mübarizə qaydalarından geri çəkildiyini açıqlayıb.
İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aİ Daxili Bazar Komissiyasının üzvü Tierri Breton bu barədə Tvitter-də şəxsən məlumat verib. Breton bəyan edib ki, Aİ Tvitter-i avqustun 25-də qüvvəyə minəcək dezinformasiya əleyhinə qanunlara əməl etməyə məcbur edəcək:
"Öhdəliklər qalır. Qaça bilərsən, amma gizlənə bilməzsiniz", - Breton Maska müraciət edib.
Tvitter sözügedən iddianı təsdiqləməyib və şərh verməkdən də imtina edib.
Qeyd edək ki, tətbiq ötən ilin iyununda istifadəyə verilib. Məqsəd dezinformasiya və saxta xəbərlərin yayılmasının qarşısını almaq, şəffaflığı artırmaq və saxta hesabların botlar tərəfindən yayılmasının qarşısını almaq olub.