Avropa İttifaqından əməkdaşlarına: kritik işlərdə süni intellekt istifadə etməyin
Bölmə: MEDİA › ,Tarix: 21:03 31.05.2023
Avropa İttifaqı (Aİ) işçilərindən kritik işlərdə ChatGPT kimi süni intellekt chatbotlarından istifadə etməməyi xahiş edib.
İnformator.az Politico internet saytına istinadən xəbər verir ki, Aİ son vaxtlar istifadəsi artan söhbət robotu ChatGPT və Bard kimi müxtəlif süni intellekt texnologiyalarının istifadəsini məhdudlaşdıran yeni qaydalar hazırlayıb. Yeni qaydalar işçilərə onlayn süni intellekt alətlərinin riskləri, məhdudiyyətləri və onlardan Komissiyanın iş fəaliyyətlərində təhlükəsiz istifadəsinə kömək üçün nəzərdə tutulub. Sözügedn yeni qaydaları təqdim editrik:
- Bu kontekstdə süni intellekt alətindən istifadə zamanı ictimai olmayan məlumatlar paylaşılmayacaq və ya açıqlanmayacaq.
- Süni intellektin verdiyi cavabların səhv və ya qərəzli ola biləcəyinin fərqində olunacaq.
- Süni intellektin əqli mülkiyyət hüquqlarını pozub-pozmaması məsələsinə də baxılacaq.
- Süni intellekt tərəfindən yaradılan məlumatlar heç vaxt rəsmi sənədlərə kopyalanmayacaq və yapışdırılmayacaq.
- Xüsusilə kritik və həssas proseslər üzərində işləyərkən süni intellekt alətlərindən istifadə edilməyəcək.
Nigar