Ceyn Fonda karyerasına fasilə verir

Bölmə: Mədəniyyət › ,
Tarix: 19:10 12.06.2023

Kino sənətinin canlı əfsanələrindən olan aktrisa və aktivist Ceyn Fonda 2024-cü il prezident seçkiləri ilə əlaqədar aktyorluğa 18 aylıq fasilə verdiyini açıqlayıb.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, Tribeka Film Festivalında mükafat qazanan 85 yaşlı aktrisa Ceyn Fonda ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar karyerasına fasilə verəcəyini bildirib.

 

Heç vaxt namizəd olmaq istəmədiyini vurğulayan aktrisa "Orijinal fikirlərim yoxdur. Mən fikirlərinizi qəbul edən və sonra bunun üçün tərif alan biriyəm" deyə o bildirib.