Trit Uilyams motosiklet qəzasında həyatını itirdi

Bölmə: Mədəniyyət › ,
Tarix: 18:21 13.06.2023

"Saç" filmindəki Corc Berger rolu ilə şöhrət qazanan Trit Uilyams 71 yaşında qəza nəticəsində dünyasını dəyişib.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, aktyorun menecerim Mak Person dünən verdiyi açıqlamada, "Onu avtobomilin motosikletini vurması nəticəsində bu gün itirdik. O, dünyanın ən yaxşı və çox istedadlı insanı idi. Çox üzgünəm" deyə fikrini ifadə edib.

 

Mak Person aktyorun 1970-ci illərdən bəri Hollivudun ürəyində olduğunu və hər kəsin onu çox sevdiyini də əlavə edib.

 

Qeyd edək ki, məşhur aktyor “Şəhər şahzadəsi” (1981), “Bir zamanlar Amerikada” (1984) və “127 saat” (2010) kimi bir çox filmlərdə rol alıb.