Lenfoma müalicəsi alan Hakan Özoğuzdan AÇIQLAMA
Bölmə: Mədəniyyət › ,Tarix: 22:12 14.06.2023
Son bir ildə lenfomadan müalicə alan Athena qrupunun üzvü Hakan Özoğuz müalicəsinin bitdiyini açıqlayıb.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, əkiz qardaşı Gökhan Özoğuzla birlikdə qurduğu "Athena" qrupunun gitaraçısı Hakan Özoğuz bir müddətdir ki, limfoma xəstəliyi ilə mübarizə aparır.
45 yaşlı Hakan Özoğuz səhhəti ilə bağlı İnstaqramda paylaşdığı videoda açıqlama gətirib. Özoğuz müalicəsinin bitdiyini, səhhətinin yaxşı olduğunu bildirib:
"Bildiyiniz kimi müalicə olunurdum və indi bu prosesin sonuna gəldiyimi bildirmək istəyirəm. Hər şey yolundadır, çox şükür. Mən bu rmüddətdə yanımda olan ailəmə, sevdiklərimə, dostlarıma və həkimlərimə təşəkkür edirəm. Ən xoş arzularınız və dualarınız üçün təşəkkür edirəm. İndi sizi konsertlərdə, layihələrdə və albomlarda görmək ümidi ilə”.