Türkiyənin tanınmış rok qrupu Bakıda
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202306/1618672_2.jpg)
Tarix: 21:07 16.06.2023
Türkiyənin tanınmış rok qrupu, "Madem", " Gitme" ifaları ilə şöhrət qazanan Dolu Kadehi Ters Tut (DKTT) Bakıya gəlib.
İnformator.az xəbər verir ki, Events World-ün təşkilatçılığı ilə baş tutan konsertə Elekta Events Hall ev sahibliyi edib. Bir-birindən fərqli ifaları ilə dinləyicilərinə unudulmaz anlar yaşadan DKTT konsertdən böyük zövq aldığını qeyd edib.
Təşkilatçılardan verilən məlumatda konsert üçün satışa çıxarılan biletlərin əksəriyyətinin satıldığı bildirilib. Konsert zalında 2500-dən çox insan iştirak edib.
Fərahim Rzazadə