Meksikada Maya şəhərinin qalıqları tapıldı
Bölmə: Mədəniyyət › ,Tarix: 20:15 22.06.2023
Meksikada arxeoloqlar ölkənin cənub-şərqindəki Yukatan yarımadasındakı cəngəllikdə kəşf etdikləri qədim Maya şəhərində hündürlüyü 15 metrdən çox olan keramika qalıqları və piramidaya bənzər strukturlar tapıblar.
İnformator.az xarici mediaya istinadn xəbər verir ki, İvan Sprajc adlı arxeoloqun rəhbərlik etdiyi qrup Yukatan yarımadası ərazisində işləyərkən qalıqlarla rastlaşıb. Meksika Milli Antropologiya və Tarix İnstitutu bildirib ki, qədim şəhərdəki tapıntılara sahə işləri zamanı rast gəlinib.
Tapılan daş sütunlara əsaslanaraq qazıntı sahəsini mayya dilində “Ocomtun” (daş sütun) adlandırdıqlarını deyən arxeoloqlar ərazidə eramızdan əvvəl 600-800-cü illər arasında insanların yaşadığını qeyd ediblər.
Ərazidə hündürlüyü 15 metri aşan piramidaya bənzər strukturlar və silindrik daş sütunlar tapdıqlarını ifadə edən Spraj qəsəbənin o dövrdə bölgə üçün əhəmiyyətli bir mərkəz ola biləcəyi ehtimalına diqqət çəkdiklərini ifadə edib.
Qeyd edək ki, Maya sivilizasiyası eramızdan əvvəl 400-cü illərdə Meksikanın cənub-şərqindən Honduras, El Salvador və Qvatemalaya qədər uzanan bir əraziyə hakim olub.
Aydan