MFÖ qrupunun üzvü Özkan Uğur reanimasiyadadır
Bölmə: Mədəniyyət › ,Tarix: 09:22 24.06.2023
MFÖ qrupunun üzvü Özkan Uğurun 3 aydır reanimasiyada olduğu və intubasiya edildiyi öyrənilib.
İnfirmator.az NTV-yə istinadən xəbər verir ki, 2013-cü ildə lenfoma xərçəngi diaqnozu qoyulan Özkan Uğur müalicələr nəticəsində yaxşılaşıb. Bu günə qədər 3 dəfə xəstəliklə mübarizə aparan və qalib gələn Özkan Uğurun yenidən reanimasiyaya yerləşdirildiyi və intubasiya edildiyi öyrənilib.
MFÖ qrupunun digər üzvü Fuat Güner yaxın dostunun sağlamlıq durumu ilə bağlı açıqlamalar verib. Özkan Uğurun 3 aydır reanimasiyada olduğunu təsdiqləyən Güner "Kimyaterapiya aldığı üçün böyrəkləri və ciyərləri üçün vəziyyət ağırlaşıb. Ağciyərlərinə edilən tibbi müdaxilə nəticəsində suyun bir qismi çəkilib. Həkimlərindən aldığımız məlumata görə, 4-5 günə xoş xəbər alacağıq” deyə bildirib.
Qeyd edək ki, 70 yaşlı Özkan Uğur "Cənnət Məhəlləsi" serialında "Beter Ali" obrazı ilə yadda qalan uğurlu aktyor, MFÖ qrupunda isə uğurlu musiqiçidir.