Margot Robbie 1980-ci illərin Barbi kuklasını canlandırdı
Bölmə: Mədəniyyət › ,Tarix: 15:10 03.07.2023
Uzun zamandır izləyicilər tərəfindən maraqla gözlənilən "Barbie" filminin Cənubi Koreya premyerasında iştirak edən Margot Robbinin 1980-ci illərin Barbie oyuncağından ilhamlandığı hər kəsin təəccübünə səbəb olub.
İnformator.az NTV-yə istinadən xəbər verirk ki, Marqot Robbi “Barbie” filminin Cənubi Koreyada təşkil edilən premyerasına qatılıb. 33 yaşlı avstraliyalı aktrisa Barbie dünyasını əks etdirən çəhrayı rəngli geyimi ilə diqqət çəkib.
Robbi qalada 1984-cü ildə "Gündən Gecəyə" Barbie oyuncağından ilhamlanaraq Versace geyimində çıxıb. Robbi qalada ikinci paltarı ilə də diqqətləri toplaya bilib. Məşhur aktrisa 1980-ci illərdə Barbinin telefonunu əlində tutaraq kameralara tuş gəlib.
Qreta Qerviqin rejissorluğu ilə çəkdilən "Barbie" filmi üçün geri sayım başlayıb. Marqot Robbinin Barbi Rayan Qoslinqin Ken obrazını canlandırdığı “Barbie” filmi iyulun 21-də tamaşaçılarla görüşəcək.
Film kifayət qədər mükəmməl olmadığı üçün yaşadığı Barbie ölkəsindən qovulan Barbi kuklasının real həyat macəralarından bəhs edir. Filmin aktyor heyətinə Margot Robbi ə Rayan Qoslinq, eləcə də Uill Ferrell, Issa Rae, Simu Lyu, Kate McKinnon, America Ferrera, Maykl Sera və Aleksanda Şipp daxildir.