Games of Thrones serialının qəhrəmanlarının ikinci övladları dünyaya gəldi
Bölmə: Mədəniyyət › ,Tarix: 17:05 03.07.2023
İki sevgili obrazını canlandırdıqları Game of Thrones serialında tanış olub bir-birlərinə aşiq olan Rouz Lesli və Kit Harinqton cütlüyünün ikinci övladı dünyaya gəlib.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Game of Thrones serialında iki sevgili obrazını canlandırdıqdan sonra real həyatda bir-birlərinə aşiq olan Rouz Lesli və Kit Harinqton cütlüyü ikinci övladlarının xoşbəxtliyini yaşayır.
Hər zaman şəxsi həyatlarının gizli qalmasına üstünlük verən cütlüyün mətbuat təmsilçisi “Ailələrində balaca qız övladının olmasından çox xoşbəxtdirlər” deyib. Mətbuat təmsilçisi körpənin adını açıqlamayıb.
36 yaşlı Lesli və Harinqton 2011-ci ildən "Taxt Oyunları"nın çəkiliş meydançasında tanış olduqları vaxtdan birlikdədirlər. Con Snow obrazı ilə məşhur olan britaniyalı aktyor Harinqton və şotlandiyalı aktyor Lesli 2018-ci ilin iyununda evləniblər. Cütlüyün toyu Şotlandiyanın Vardhill qəsrində keçirilib.
Cütlüyün ilk övladı 2021-ci ildə dünyaya gəlib. Harinqton bu ilin fevralında həyat yoldaşının ikinci dəfə hamilə olduğunu açıqlayıb.