Adele: Səhnədə ifaçılara əşyalar atmağı dayandırın!

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:56 04.07.2023

Son zamanlar konsertlərdə ifaçılar arasında pendir çarxları, ölülərin külü, mobil telefon kimi qəribə əşyaların atılması tendensiyası müşahidə olunarkən, Adel buna son qoyulması üçün hər kəsə müraciət edib.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, Adel son zamanlar konsertlərdə tamaşaçıların səhnəyə atdığı əşyalar barədə fikir bildirib. O, bu vərdişlərə son qoyulmasını istəyib. 35 yaşlı dünya şöhrətli britaniyalı müğənni hazırda Las-Veqasda konsert seriyasını davam etdirir. Adel tamaşaçıları səhnəyə anlaşılmaz əşyalar atdıqlarını deyərək buna son qoymağa çağırıb.

 

Qeyd edək ki, səhnəyə əşya atmaq vərdişi son zamanlar trendə çevrilib. Ötən ay bir tamaşaçı Bebe Rexhanın üzünə mobil telefon atıb. Kelsi Ballerina və Ava Maks da səhnədə başqa əşyalarla hücuma məruz qalıblar. Pinkin konsertində pərəstişkarı ölmüş anasının külünü yerə atıb. Hətta başqa bir konsertdə Pink-ə nəhəng pendir çarxı atılıb.

 

Adelin pərəstişkarı sənətçinin konsert zamanı çıxışını klip kimi TikTok-da yerləşdirib. Klipdə Adel zarafatla “Cəsarət edirsənsə, sadəcə mənə bir şey atın”, ardınca isə “Sənətçilərə atmaqdan əl çəkin!” sözlərini səsləndirib.