İntihara cəhd edən Disney ulduzu Koko Li dünyasını dəyişib

Bölmə: Mədəniyyət › ,
Tarix: 10:48 06.07.2023

Tanınmış Disney ulduzu və müğənni Koko Li 48 yaşında vəfat edib.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, ötən həftə intihara cəhd edən müğənni komada bir neçə gündür ki komada idi. Disney istehsalı olan "Mulan", "Crouching Tiger, Hidden Dragon" kimi filmlərdə rol alan və bir müddət depressiya ilə mübarizə apardığı bilinən Li 48 yaşında dünyasını dəyişib.

 

Müğənninin qardaşı Facebook hesabında Linin bir müddətdir depressiyaya düşdüyünü paylaşıb. O bildirib ki, müğənni bazar günü evində intihara cəhd edib və xəstəxanaya aparılıb. Xəstəxanada komada olan Li ötən gün dünyasını dəyişib.

 

Honq-Konqda anadan olan Li 9 yaşında ABŞ-a köçüb və musiqi karyerasına orada başlayıb. 1990-cı illərdə, xüsusilə Asiyada böyük bir ulduza çevrilən Li karyerası boyunca bir çox uğura imza atıb. Müğənni 1998-ci ildə Disneyin "Mulan" filmi üçün "Reflection" mahnısını ifa edib. Sənətçi 2001-ci il Oskar mükafatlandırma mərasimində "Crouching Tiger, Hidden Dragon" filmindən mahnı səsləndirib.