Rembrandtın işləri üçün 13 milyon 156 min avro

Bölmə: Mədəniyyət › , Maraqlı › ,
Tarix: 11:50 07.07.2023

Britaniyanın Christie's hərrac evi holland rəssam Rembrandt Harmenszoon van Rijn-in iki portretinin ekspertlərin söylədiyi qiymətdən xeyli yüksək olaraq 13 milyon 156 min avroya satıldığını açıqlayıb.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, Christie's-dən dünən verilən açıqlamaya görə, "işıq və kölgələrin rəssamı" kimi tanınan məşhur Rembrandtın (1606-1669) çəkdiyi iki portret təxmini qiymətin üzərində alıcı tapdıqdan sonra 13 milyon 156 min Avroya satılıb. Bildirilib ki, 20 sm uzunluğunda olan əsərlər Jan Willemsz van der Pluym və həyat yoldaşı Yaapgen Carels-in portretləridir və uzun müddətdir şəxsi kolleksiyaçıların əlindədir.

 

1635-ci ildə tamamlanan portretlərin Rembrandtın özü tərəfindən edildiyinin məlum olmadığı və onların ustad rəssamın şəxsi kolleksiyalarda olan son əsərləri olduğu vurğulanıb.

 

Christie's hərrac evi 2009-cu ildə Akimbo Silahlı Adamın portretini 23 milyon 225 min avroya sataraq Rembrandt üçün dünya hərrac satış rekordunu qırıb.

 

Fatimə Mustafayeva