Bəzi tərcümə əsərlər niyə çətin başa düşülür?
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202307/7928016_).jpg)
Tarix: 13:17 07.07.2023
Ölkəmizdə yerli ədəbiyyatla yanaşı, xarici ədəbiyyatdan da tərcümə edilmiş minlərlə kitab var. Bu cür kitabları bəzən yarımçıq qoymalı oluruq. Səbəb isə tərcümələrin başa düşülən olmamasıdır. Görəsən, buradakı problem nədən qaynaqlanır?
Tərcüməçi, yazıçı Cəlil Cavanşir bir şair yazıçı olaraq xarici ədəbiyyatdan tərcümə edilmiş əsərlərin onu qane etmədiyini bildirir: “Amma son 3 ildir tərcümə sahəsində irəliləyiş var. Məncə, tərcümə prosesində redaktə ən əsas amildir. Problemin həlli tərəfinə gəlincə, düşünürəm ki, tərcüməçilərə verilən qonorar artırılmalıdır”.
Yazıçının sözlərinə görə, son illərdə tərcümə edilmiş ədəbiyyatlarda daha az səhv müşahidə olunub. Görəsən, bu hal kitab satışına necə təsir edib?
“LİBRAFF” kitab mağazaları şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmov vətəndaşların zəif tərcümə şikayətlərinə bu ür münasibət bildirib: “Cəlil Cavanşir deyir ki, düzdür, oxucular bu məsələdə haqlıdır. Amma anlaşılmayan tək-tük sözlər kitabı oxumamaq üçün səbəb ola bilməz”.
Cəlil Cavanşir hər zaman oxucunun tərəfində olduğunu ifadə edib: “Mən hər zaman oxucunun tərəfindəyəm. Amma anlaşılmayan 3-5 sözə görə kitabı oxumağı dayandırmaq olmaz. Ən azından axtarışlar sayəsində məğzin nə olduğunu tapa bilərik”.
Son olaraq, təbii ki, hər birimiz qüsursuz tərcümə oxumaq istəyirik. Amma Antuan De Rivarolun da dediyi kimi “Tərcümənin uğuruna zaman hökm verir – onun uğuru heç vaxt orijinal qədər uzunömürlü olmur”.
Nəzrin Malik