Sənətçi Özkan Uğur dünyasını dəyişdi
Bölmə: Mədəniyyət › ,Tarix: 17:33 08.07.2023
Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca "Sevgili Özkan Uğuru itirdik. Dinləyən hər kəsin dostu, könül qaynağı olan bu səsi unutmayacağıq. Çox üzüldük. Allah rəhmət eləsin, ailəsi və pərəstişkarlarına səbr versin" deyib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca Twitter hesabından sənətçi Özkan Uğurun dünyasını dəyişdiyini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib də Tvitter hesabında sənətçinin ölümü ilə bağlı başsağlığı bildirib: "Bu gün ölüm xəbərini aldığmız, musiqi sahəsində Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatını alan ölkəmizin sevilən səs və kino sənətçisi Özkan Uğura Allahdan rəhmət diləyirik; Ailəsinə, pərəstişkarlarına və bütün sənət dünyasına başsağlığı verirəm.