Threads platformasında 1 milyon izləyiciyə çatan ilk türk aktrisa
Bölmə: Mədəniyyət › ,Tarix: 13:57 10.07.2023
Hande Erçel Threads-də 1 milyon izləyiciyə çatan ilk türk aktrisa oldu.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa Hande Erçel sosial media uğuruna yeni rekord əlavə edib. O, Threads platformasında 1 milyon izləyiciyə çatan ilk türk aktrisa olub.
Qeyd edək ki, Hande Erçel İnstaqramda da izləyici rekordu qıran Hande Erçel paylaşdığı kadrlarla rekordunu bir daha təzələyib. Aktrisa hər zaman sosial medianın gücündən uğurla istifadə edən məşhurlardan biridir.
Aktrisa hazırda sevgilisi iş insanı Hakan Sabancı ilə Yunanıstanda tətildədir.
Aydan Qasımova