Ölümdən qayıdan Madonnanın müalicədən sonra ilk paylaşımı
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202307/8194934_.jpeg)
Tarix: 09:35 11.07.2023
“Popun kraliçası” kimi tanınan Madonna iyunun son həftəsində ciddi bakterial infeksiyaya yoluxduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Müalicə olunaraq evə buraxılan və müalicəsini evdə davam etdirən məşhur müğənnidən ilk açıqlama gəlib.
İnformator.az-ın NTV-yə istinadən verdiyi məlumata görə, açıqlamada belə yazılıb:
"Müsbət enerjiniz, dualarınız, şəfa və ruhlandırıcı sözləriniz üçün təşəkkür edirəm. Sevginizi hiss etdim. Sağalmağa doğru irəliləyirəm və həyatımdakı bütün nemətlərə görə inanılmaz dərəcədə minnətdaram. Xəstəxanada yuxudan oyananda ağlıma ilk gələn uşaqlarım oldu. İkinci fikrim o idi ki, turum üçün bilet alanları məyus etmək istəməmişdim. Son bir neçə ayda tur üçün mənimlə çalışan insanları da məyus etmək istəməmişdim. Hazırda sağlamlığıma və gücümə diqqət edirəm və sizi əmin edə bilərəm ki, ən qısa zamanda sizinlə olacağam. Hazırkı plan turun Şimali Amerika hissəsinin başqa vaxta təyin edilməsi və oktyabrda Avropada başlamasıdır. Marağınıza və dəstəyinizə görə nə qədər minnətdar olsam da, azdır. Hörmətlə, M."
Nəzrin