"Art terapiya üçün heç bir yaş limiti yoxdur"- Mehriban Şəmsəddinskaya
Bölmə: Mədəniyyət › ,Tarix: 18:31 13.07.2023
Mehriban Şəmsəddinskaya-Art terapevt: "Mən rəssamam və uşaqlara, ümumiyyətlə insanlara kömək etmək istəyirdim. Buna görə də art terapevt peşəsini seçdim. Çünki o həm rəsm, həm də tibb sahələrini birləşdirir".
Mehriban Şəmsəddinskaya art terapiya sənəti ilə bağlı fikilərini İnformator.az-la paylaşıb. Art terapevt, ümumiyyətlə, latın dilindən tərcümədə müalicə sənəti deməkdir və digər problemləri psixi korreksiya etmək üçün art terapy çox faydalıdır. Art terapiya hər yaşa uyğundur və bir neçə növü var. Ən populyar olanı isə izo terapiyadır. Bu terapiya növü həm də ona başlanğıc verib. İzo terapiya, əsasən, müxtəlif materiallarla keçirilir və insanlar bunu özlərinə uyğun olaraq seçirlər. Sonra öncəliklə bir neçə tapşırıq alınır və bu tapşırığın ən əsası mütəxəssislər interpritatsiyasıdır. Mütəxəssis həmişə bilməlidir ki, tibdə hansı diaqnozdur. Ona görə də, biz psixi sağlamlıq mərkəzində multidisiplinal prinsiplə çalışırıq. Müraciət edənlərə dəstək olmaq üçün həm psixoterapi, həm klinik psixoloq, həm də digər terapiyalar mövcuddur. Bu terapiyaya uşaq yaşlarından başlamaq olar, art terapiya üçün heç bir yaş limiti yoxdur. Məsələn, pasiyentlərdən birinin 94 yaşı var idi və mən ona dimentsiya azaltmaq üçün art terapiyanı həftədə bir neçə dəfə keçirdim ki, xatirələrini, emosiyalarını ortaya çıxarmaqda kömək edim.
Art terapiyanın passiv və aktiv olmaqla iki növü var. Passiv formasına musiqi dinləmək, kitab oxumaq, müxtəlif filmlərə baxmaq və s. daxildir. Müxtəlif uşaqların müxtəlif maraq dairələri olur və çoxu yaratmağa, hər hansı bir şeyi düzəltməyə üstünlük verirlər. Onlar üçün art terapiya, izoterapiya, qum və gil terapiyaya üstünlük verilir.
Proqram elə qurulub ki, şəkil çəkə bilməyən uşaq belə özünü göstərə, tam sərbəst hiss edə bilir. Çünki onların ətrafındakı uşaqlar eyni qrupdan olur və buna görə də uşaqlar hansı tapşırıqlar daha maraqlı, daha açıqdırsa, özləri qərar verə bilirlər.
Uşaq nəsə çəkə, nəsə edə bilər, amma siz mütəxəssis olmadığınız üçün onun keçirdiyi hissləri anlaya bilməzsiniz. Psixoloqun yanına apardığınızda uşaq sıxılır və danışmaq, hisslərimi bölüşmək istəmir. Art terapiyada isə uşaqlar psixoloqun yanına deyil, sadəcə rəsm dərsinə, rəsm çəkməyə gəldiklərini düşünürlər və özlərini çox azad, rahat hiss edirlər. Düşünürəm ki, bu, onlar üçün daha faydalıdır.
Pasiyentlərimin ən böyük problemləri sosiallaşmaqla bağlıdır və onlar dostlarının, ətraflarında olan insanların onlara dəstək olmadıqlarını deyirlər. Biz çalışırıq ki, onları qrup olaraq bir müddətdən sonra harasa dəvət edək. Zooparka və s. gedirik və bu zaman onlar özlərini çox xoşbəxt hiss edirlər. Bir uşaq suisildar fikirlərlə gəlmişdi və yalnız 3 aydan sonra bu tip düşüncələri aradan qalxdı, artıq sadəcə yaşamaq, inkişaf etmək fikrindədir.
Bütün psixoloji problemlər həll oluna bilər. Həm metodik, həm fərqli psixoterapiyalarla. Amma sonra həmişə psixoterapiya və medikamentoz olaraq adaptasiya gəlir. Kurslarda həmişə deyirdim ki, mən rəng seçiminə görə nə isə deyə bilmirəm, amma iz haqqında məlumat verə bilərəm. Məsələn, necə karandaş sıxılır, fırça necə istifadə edilir. Mən o zaman onu nəyin narahat etdiyini, aqressiyası olub-olmadığını deyə bilirəm. Bəzi uşaqlar yanbayan çəkməyi xoşlayırlar. Bu, o deməkdir ki, onlar üçün yaxınlıq və ünsiyyət çox vacibdir. Əgər bir uşaq üçbucaq çəkirsə, amma kitabın interpritatsiya bölməsində bunun aqressiya olduğu göstərilirsə, bu o demək deyil ki, sən onu mütləq aqressiya kimi qəbul etməlisən. Çünki sən bilməlisən ki, bəlkə bu üçbucağı ona uşaqlıqda anası bağışlayıb və yadında saxlayıb ki, mənə qırmızı üçbucağı anam bağışlayıb. Bu assosasiyanın listini mütəxəssis özü bilməlidir. Mən hiss etdim ki, rəssamlıq mənim üçün çox vacibdir, lakin mən artterapevt kimi daha xəşbəxtəm.
Aydan Qasımova