Arxeologiya sənətinin sirləri

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:56 19.07.2023

Tarixi tapıntıları üzə çıxarmaq bir ölkənin mədəniyyətinə əvəzsiz töhfədir. Çünki mədəni irsin zənginləşməsi tarixin zənginləşməsi deməkdir. Bu baxımdan ən böyük iş arxeoloqların üzərinə düşür. Görəsən, arxeoloqlar qazıntı işlərini necə aparır?

 

Arxeoloq Əjdər Babazadə deyir ki, qazıntı işləri aparıldıqdan sonra Karbon 14 analizləri, müxtəlif tarixləndirmə işləri aparılır. Biz çöl tədqiqatlarında müxtəlif alətlərlə işləyirik. Elə düşünülə bilər ki, bu qazıntılar müxtəlif alətlərlə aparılır. Amma xeyr, hazırki dövrdə müxtəlif texnoloji vasitələrlə həyata keçirilir. Hazırda Qarabağ, Mil-Muğan ərazisi arxeoloji qazıntılar aparmaq üçün ən uğurlu ərazi hesab olunan bilər.

 

Arxeologiya kim olduğumuzu və haradan gəldiyimizi anlamaq üçün bütün açarları özündə saxlayan bir sənətdir. Ona görə də Atatürkün də dediyi kimi, torpağın üstündəkilərə necə sahib çıxırıqsa, altındakılara da elə sahib çıxmalıyıq.

 

Nəzrin Malik