VALYUTADƏYİŞMƏ MƏNTƏQƏLƏRİLƏ BAĞLI YENİ TƏLƏBLƏR
Bölmə: İqtisadiyyat › ,Tarix: 12:45 10.08.2023
İnstitusional valyutadəyişmə məntəqələri beynəlxalq təcrübə əsasında fəaliyyət göstərəcək. Valyuta məntəqəsi açmaq istəyən sahibkarlardan tələb olunan nizamnamə kapitalına gəlincə, Mərkəzi Bankın rəsmilərinin açıqlamalarından bəlli olur ki, məbləğ artacaq.
Fəaliyyətə başlayacaq İnstitusional valyutadəyişmə məntəqələrinin nizamnamə kapitalı eləcə də girov məbləğinə dair olan tələblər ölkənin iqtisadi göstəricilərinə əsasən müəyyən olunacaq. Mərkəzi bankın şöbə rəisi Xəyyam İsmayılov bildirib ki, dəyişikliklərdən əvvəl valyutadəyişmə məntəqələrində girov məbləğinə dair tələb Bakı üzrə 50.000, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə 25, Naxçıvan və digər şəhər, rayonlar üzrə 10.000 manat idi. Xəyyam İsmayılovun sözlərinə görə, valyuta mübadilə məntəqəsi fəaliyyətinə lisenziya almış şəxs hər növbəti məntəqə açmaq üçün nizamnamə kapitalının artırılmalı hissəsi beynəlxalq təcrübə əsasında müəyyənləşdiriləcək. “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan mübadilə əməliyyatlarının yuxarı həddi də beynəlxalq prinsiplərə uyğunlaşdırılaraq müəyyən ediləcək”.
Qeyd edək ki,hazırda ölkədə valyuta tənzimi haqqında qanunun tələblərinə uyğun olaraq 5 valyuta mubadilə məntqəsi fəaliyyət göstərir. Bunlardan yalnız biri həftənin 7 günü 24 saat fəaliyyət göstərir.