TİKİNTİ MATERİALLARININ QİYMƏTİ ARTIB

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:13 07.09.2023

   Ev tikdirmək istəyənlər bir də düşünsünlər. Çünki tikinti məhsullarının qiyməti bahalaşıb. Yay mövsümünün sona çatması tikinti bazarına təsirsiz ötüşməyib. Bir neçə ay əvvəl alıcılara kubu 240 manata təklif olunan taxta indi 310 manata satılır.

  Tikinti eksperti Nüsrət İbrahimovun sözlərinə görə, tikinti sektorunda azalmalar müşahidə olunur və bu da təbii ki, tikinti materialları bazarına təsirini göstərir. Əvvəlki aylardan və ötən ilin bu dövründən fərqli olaraq, son ayda 17 % qiymət artımı olub. Sözügedən qiymət artımı xaricdən gətirilən məhsullarda özünü daha çox göstərir. “Artım əsasən idxal materiallarında olub. Sementi istisna etsək, bütün idxal materiallarında artım var. Rusiyadan idxal etdiyimiz materiallarda qiymət artımı müşahidə olunur”.

 PƏRVİN