Rəqəmsal bacarıqların olmaması narahatlıq doğurur
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:40 19.09.2023
Türkiyədə işçilərin 26%-i rəqəmsal bacarıqların olmaması səbəbindən işlərini itirməkdən qorxur. Yeni sorğuya əsasən, Yaxın Şərq, Türkiyə və Afrikada işçilərin 66%-i kompüter və digər rəqəmsal avadanlıqlarla işləyərkən rəqəmsal bacarıqların çatışmazlığını hiss edir.
Bəziləri bunun növbəti 5 il ərzində baş verə biləcəyinə inanır (15%), digərləri isə daha uzun müddət (10%) ola biləcəyini düşünür. Türkiyədə respondentlərin yalnız 24%-i kifayət qədər İT biliklərinin olmaması səbəbindən işini itirmək riskinin olmadığına əmin olduğunu bildirib. Departament rəhbərləri və yüksək səviyyəli menecerlər yaxın 5 ildə rəqəmsal bacarıqların olmaması səbəbindən işlərini itirmək ehtimalının yüksək olduğunu düşünənlər arasındadır. Bu qrup həm də daim özlərini maarifləndirmək və trendlərdən bir addım öndə olmaq zərurətindən ən ehtiyatlı olanlardır. Rəqəmsal bacarıqların olmaması işçilərin karyerasına mane olmaqla yanaşı, həm də işçinin işlədiyi təşkilatın kibertəhlükəsizliyi üçün ciddi risklər yaradır. Son araşdırmalar göstərir ki, kibertəhlükəsizlik təhdidlərinin 95%-i hansısa şəkildə insan səhvindən qaynaqlanır. Məsələn, işçilər fişinq linki aça, şirkət cihazına ransomware yükləyə və şirkət üçün xərc və reputasiya itkilərinə səbəb ola bilər. Bu səbəbdən yüksək səviyyəli rəhbərlərdən tutmuş təcrübəçilərə qədər bütün səviyyələrdə çalışanlar kibertəhlükəsizlik üzrə müvafiq təlim almalıdırlar.
Sayad Qoşnalıyeva
mənbə:cnnturk