ANTİTERROR ƏMƏLİYYATININ İQTİSADİYYATA TƏSİRİ OLA BİLƏR?-İQTİSADÇI DANIŞIR
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:48 19.09.2023
"Qısa müddətdə baş verən antiterror əməliyyatları ölkə iqtisadiyyatına heç bir mənfi təsir etməz" - iqtisadçı Natiq Cəfərli bu barədə danışıb. Onun sözlərinə görə, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olacaq. "Qısa müddətli bu əməliyyatların Azərbaycanın iqtisadiyyatına heç bir təsiri yoxdur" deyən iqtisadçı əlavə edib ki, ölkə iqtisadiyyatının öz həyatı var, bu da neft, qaz qiymətlərindən asılıdır. Neftin də qiyməti 100 dollara çatıb. Bu səbəbdən də qısa müddətli hadisələr iqtisadiyyata təsir etməz"
ÇİNARƏ MURADOVA