Azərbaycan görüşdə Türkiyənin də olmasını tələb edir-Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 21:21 04.10.2023

"Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İspaniyada keçirilən görüşdən imtina etməsi Azərbaycan dövlətinin və xalqının mənafeyindən gələn bir addımdır. Hesab edirəm ki, Cənab Prezident Azərbaycanın haqlı iradını bildirib ki, bütün platformalarda Ermənistanın dəstəkçisi olan Fransanın orada əsas tərəf kimi olması, Ermənistanı yenə də dəstəkləməsi və həmin görüşdə iştirak etməsi Azərbaycanın mənafeyinə uyğun deyil, çünki Fransa birtərəf mövqe nümayiş edib".
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib.
Politoloqun fikirincə,Azərbaycan həmin görüşdə Türkiyənin də iştirak etməsini tələb edir və bu da haqlı tələbdir.

"Əgər tələblər qəbul olunarsa, Türkiyə də orada tərəf kimi iştirak edə bilər və Azərbaycan da görüşlərdə iştirak etməyə hazırdır. Bütün görüşlərdə cənab prezident İlham Əliyev Azərbaycanın haqlı olduğunu sübut edib, regionda sülh və sabitliyin bərqərar olması üçün bütün təkliflərini bildirib,hətta 5 bəndən ibarət olan sənəd də təqdim edib. Lakin regiona yad olan dövlətlərin bu məsələni öz maraqları çərçivəsində həll etməyə cəhd göstərməsi və Ermənistanı alət kimi istifadə etmələri doğru hesab olunmur. Ona görə də regiona bələd olan region dövlətləri qərar verməlidir və münaqişə birdəfəlik həll olunub sülh müqaviləsi ilə bitməlidir. Biz belə düşünür ki, regiona bələd olmayan dövlətlər bu problemi həll edə bilməz, ümumiyyətlə, qəbul etmirik. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi Türkiyə, Azərbaycan, Rusiya liderlərinin birgə görüşü ola bilər. Razılaşma əsasında sülh müqaviləsi bağlana bilər və Azərbaycanda sülh müqaviləsinin bağlanılmasını istəyir".
Asiman Hafizqızı