Azərbaycan vaxtı gələndə lazım olan tələbi özü irəli sürəcək-Deputatdan açıqlama
Bölmə: Siyasət › ,Tarix: 15:02 06.10.2023
“Azərbaycan dövləti mərhələli şəkildə bütün prosesləri həyata keçirməkdədir. 3 il öncə, 44 günlük müharibə başa çatdıqdan və üçtərəfli bəyənnamə imzalandıqdan sonra, bu ərazilərdəki proseslərin tənzimlənməsi, erməni əsilli əhalənin təhlükəsizliyinin təmin edilməsi, ermənistana məxsus qanunsuz silahlı dəstələrin ərazidən çıxarılması işlərinin təmin edilməsi ilə bağlı rus sülhməramlıları bölgəyə yerləşdirildi”.
Bu sözləri İnformator.az-a açıqlamasında Millət vəkili Naqif Həmzəyev deyib. Onun sözlərinə görə sülhməramlıların əraziyə yerləşməsi hələ də bir çox adama çatmır.
“Buna baxmayaraq, hazırda Azərbaycan öz suverenliyini tam şəkildə əldə edib, hər şeyi planlaşdırıb. Rus sülhməramlıların da ərazimizdə yerləşməsi müvəqqətidir. Harda erməni yoxdursa, rus sülhməramlılarında postlarını azərbaycana təhvil verməsi normaldır. Sülhməramlıların çıxarılması ilə bağlı müzakirələr davam etməkdədir. Azərbaycan vaxtı gələndə lazım olan tələbi özü irəli sürəcək. Bütün proseslərin Azərbaycan dövlətinin nəzarətindədir”.
Nigar Səmədli