''DÜNYANIN BÜTÜN DİLLƏRİNDƏ ''XANKƏNDİ'' YAZILIB''-ƏZİZ ƏLİBƏYLİ

Bölmə: Siyasət › ,
Tarix: 16:38 17.10.2023

Dünyanın bütün dillərində ''Xankəndi'' yazılıb fikrini deyən Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri Əziz Əlibəyli bu barədə daha geniş açıqlama verib.

 

Əziz Əlibəyli bu hadisənin bir neçə mühim tezislə izahını verib. "1.Prezident İlham Əliyev atasından sonra Xankəndində yeganə liderdir, çünki Xankəndində xalqa qalibiyyət raportu vermək ancaq İlham Əliyev kimi qalib liderin qisməti ola bilərdi.
2.Prezident Xankəndində sərkərdə kimi olub, qəribədir ki, hərbi mündirlə qalib sərkəndəni öz qarşısında görən xalq qələbə sevincinə doymur.
3.Dünyanın bütün dillərində "Xankəndi" sözü yazılıb, 30 ilin, bəlkə son 70 ilin siyasi ədəbiyyatına, ideologiyasına pərçinlənmiş "Stepanakert" adı əbədi dəfn edilib. Bu söz hadisəsi deyil, siyasi, ideoloji, diplomatik, psixoloji olaydır.
4.Xankəndi prosesi erməni lobbisinin ilk məğlubiyyətinin yekun nəticəsidir. Bu günə qədər dünyanın maliyyə dövriyyəsinə nəzarət edən, qara dövriyyədə milyardlarla payları olan böyük və şəbəkələşmiş bir korporasiyanın tənəzzülü idi".

 

Şərhçi əlavə edir ki, "Xankəndində prezident "Böyük Ermənistan" adlı xəritədə ifşa edib ki, onların xəstə ideologiyaları bütün qonşu ölkələrin ərazilərinə göz dikməkdən ibarət olub".

 

ÇİNARƏ MURADOVA