Azərbaycan, ermənistanın, adının qarşısına böyük sözünü yazmaq xəyalını əbədi puç etdi-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 09:35 21.10.2023
Ötən gün ölkə başçısı Xankəndidə məhv olan separatçı rejimin keçmiş rəhbərlərinin iş otağında bir xəritəyə diqqət çəkdi. Dırnaqarası "Böyük Ermənistan" xəritəsi. O kağız parçası ermənistanın əsl niyyətini faktla ortaya qoydu.
Məsələ ilə bağlı, siyasi şərhçi Oqtay Qasımov açıqlamasında deyir ki, Prezidentin xəritəni göstərməyi Ermənistanın 5 dövlətə ərazi iddiasını əks etdirən bu xəyal xəritəsi əslində çox mətləblərdən xəbər verir.
“Uydurma xəritədən görünür ki, ermənistanın gözü Azərbaycanın təkcə Qarabağ bölgəsində deyil. Öz xülyalarında azərbaycana yalnız Kürün sol sahilini saxlayıblar. Dırnaqrarası böyük ermənistanın ideoloqları təkcə Azərbaycan torpaqlarına iddialı deyil. Gürcüstanın, Türkiyənin və İranın böyük bir hissəsi, hətta İraq torpaqları da xəyali dövlətin ərazisinə düşür”.
Oqtay Qasımov qeyd edir ki, Türkiyənin Şərq əraziləridi, o cümlədən Vangölü daxil olmaqla bu Van vilayətidi ki, burada Ağrı, İğdır, Qars Ərdahan, Ərzurum, ərzincan, Sivas qədər bu gedib çıxır.
“Anadolunun tam ortasına qədər gedib çıxır. İran ərazisi burdan başlayır, Araz çayının cənubu gəlib çıxır, bax, Van gölünün yaxınlığından keçir, buraya qədər. Hal-hazırki Azərbaycan Respublikasının ərazisi qədər bir əraziyə də İranda iddia edirlər. Müəyyən qədər İraqın ərazisi düşür bu hissədə, ora da iddiaları var. Gürcüstanda da təxminən belə götürdüyümüzdə gürcüstan ərazisinin 15 faizinə iddiadı”.
Tarixçilərin fikrincə, ermənistanın bu xülyaya həvəsləndirənlər həm də bir sıra böyük dövlətlər olub.
“Bu böyük dövlətlərin erməni layihəsi var idi. Birinci Dünya müharibəsi illərində ermənilərdən Osmanlı dövlətinə qarşı istifadə edənlər, bu müharibənin sonunda yeni dövlət qurulması ilə bağlı onlara vədd verib”.
Türkiyəli siyasi şərhçi İsmayıl Cingöz isə deyir ki, məhz "Böyük Ermənistan" dövlətinin qurulması məqsədilə ermənilər Türkiyənin Şərq vilayətlərində etnik təmizləmə aparıblar. Bu xəyanətin nəticəsində Osmanlı dövləti erməniləri müharibə zonasından uzaqlaşdıraraq daha təhlükəsiz hesab edilən ərazilərə yerləşdirib. Ermənilər həmin qərarı soyqırım kimi qəbul edib.
“Ermeniler kendilerince türk milletine karşı, Anadoluya karşı öncelikle sözde ermeni soykırımı yalanlarını kabul etdirmek ve bu sözde ermeni soykırımı yalanlarına karşı türkiyeden tazminat istemek ve ilerleyen süreçte de Türkiyeden toprak taleb etmek gibi hayaller kurmuşlardır. Karadenizden Akdenize, Hazardan Akdeniz ve Akdeniz şekliyle denizden-denize büyük Ermenistan projesini hayallerinde tutduqları ve bu uğurda türk milletine karşı düşmanlığın her türlüsünü yapmakdan geri kalmadıkları görülmüşdür”.
Gürcüstan dövləti və sadə gürcülər də ermənilərin mənasız xəyallarından xəbərsiz deyillər.
Gürcü tarixçi Omar Ardaşeliya isə düşünür ki, Coğrafi baxımdan əlverişsiz yerdə yerləşən ermənistan Azərbaycan və Türkiyə kimi qonşuları ilə normal münasibət qurmamaqla öz vəziyyətini onilliklər boyunca onsuz da qəlizləşdirib.
“Azərbaycanın doğma torpaqlarını geri alması isə ermənistanın, adının qarşısına böyük sözünü yazmaq xəyalını əbədi puç etdi”.
Cavid Tağızadə