"Oyunbazlıqları Ermənistanın dövlətçiliyini sual altında qoyacaq"-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 11:27 18.10.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltması bir çox dünya KİV-lərinin diqqət mərkəzində olub. Həmçinin, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanma məsələsi də dünya ölkələrinin diqqət mərkəzindədir. Bundan sonrakı hadisələrin gedişatı necə olacaq? Bu haqda politoloq Zaur Məmmədov İnformator.az-a açıqlama verib.
Politoloq Zaur Məmmədov bildirib ki, Nikol Paşinyan hələki Cənubi Qafqazdakı proseslərlə bağlı qərar verməyə çətinlik çəkir.
"Qarabağ məsələsinin həllindən və separatçıların təslim olmalarından sonra ilkin təəssürat ondan ibarət olmalı idi ki, Azərbaycan və Ermənistan arasından sülh müqaviləsinin imzalanması üçün heç bir problem yoxdur. Çünki Nikol Paşinyan qeyd edirdi ki, Qarabağ Azərbaycanın daxili işidir və separatçılar ilə Azərbaycan hakimiyyəti danışıqlar aparmalıdır. Belə olduğu təqdirdə Nikol Paşinyan gələcəyə baxmalıdır. Təəssüflər olsun ki, gələcəyə yox, keçmişə baxır".
Politoloq qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir.
"Ermənistan beynəlxalq təşkilatlarda Azərbaycanı tənqid etməkdə israrlı olduğunu göstərir. Avropa Parlamentinə getməsi, hansı ki bir neçə gün əvvəl Azərbaycana qarşı bəyanat səsləndirmişdi. Avropa Parlamenti həmişə öz qərəzliliyi ilə Cənubi Qafqaza qarşı, protestlərə qarşı seçilibdir. Əlbəttə ki, seçməsi danışıq proseslərinə heç nə yaxşı vəd vermir. Avropa Parlamentinə çıxışından sonra parlament spikeri ilə birlikdə jurnalistlərə brifinqdə müsahibə verməsi də Azərbaybaycan tərəfindən hər iki çıxış diqqətlə izləniləcəkdir və müvafiq qərarlar çıxarılacaqdır. Nikol Paşinyanın oyunbazlığı sonunda Ermənistanın dövlətçiliyini sual altında qoyulması ilə nəticələnəcək. Və bundan sonrakı hadisələrdə baş verəcək hadisələrdən asılı olacaq".
Fatimə Mustafayeva