''18 OKTYABRIN XALQIMIZDA ROLU VƏ YERİ ÇOX MÖHTƏŞƏMDİR ''-MÜBARİZ GÖYÜŞLÜ

Bölmə: Siyasət › ,
Tarix: 17:10 18.10.2023

Bu gün Azərbaycan Respublikasında Müstəqilliyin Bərpası Günüdür. Respublika müstəqilliyi 18 oktyabr 1991-ci ildə əldə edib. 

 

''Biz müstəqillik uğrunda neçə canlar qurban verdik'' deyən siyasi şərhçi Mübariz Göyüşlü əlavə edir ki, Azərbaycan xalqı həmin dövrdə ən mübariz xalq kimi tanınıb. ''Sovet imperiyasına qarşı müstəqillik uğrunda savaşan xalqlardan biri və birincisi elə Azərbaycan xalqı idi. Bu məqamda düşünürəm ki, 18 oktyabrın xalqımızda yeri və rolu çox möhtəşəmdir. Bu tarixi daim yaşatmalı, baş verən hadisələri gələcək nəsillərə düzgün şəkildə çatdırmalıyıq''.

 

Şərhçi qürur hissi ilə bildirir ki, biz əvvəl ''mübariz xalq'' adını almışıq, indi ''qalib xalq'' olduq.

 

ÇİNARƏ MURADOVA