Azərbaycan bu təşkilatları Ermənistan ərazisində də məhv etmə imkanına qadirdir-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:04 19.10.2023

Erməni terror təşkilatı VOMA Ermənistanın bir çox yerlərində filiallar açaraq əhalini kütləvi şəkildə təlimlərə cəlb edir və onları təşkilatlandırır.

 

“Azərbaycanın milli, dövlət maraqlarına qarşı təhlükə yaranarsa, BMT nizamnaməsinin 51-ci maddəsinə görə özünümüdafiə məqsədi ilə Azərbaycan bu təşkilatları Ermənistan ərazisində də məhv etmə imkanına qadirdir”.

 

Bu sözləri Politoloq Cümşüd Nuriyev informator.az-a açıqlamasında bildirib. Politoloq deyir ki, Ermənilər son 105 ildə dövlət səviyyəsində terrorla məşğul olan, arxadan vuran, xəyanət edən bir dövlət kimi tanınıb və nə qədər ki revanşist addım atmağa çalışacaqlar, bir o qədər Azərbaycan üçün hüquqi baza yaradacaqlar.

 

“Ermənilər son 105 ildə dövlət səviyyəsinə terrorla məşğul olan, arxadan vuran, xəyanət edən bir dövlət kimi tanınıb”.

 

Politoloq Oqtay Qasımovun sözlərinə görə, Erməni düşüncəsində, mentalitetində terrorizm əsas ünsürlərdən biridir və heç təsadüfi deyil ki, XIX əsrin ortalarından başlayaraq ermənilər özlərinin siyasi mübarizələrində terroru ön plana çəkiblər və onların yaratdığı təşkilatların əksəriyyəti terrorçu təşkilatlar olub.

 

“Bu təşkilatların da başında Daşnaksütyun partiyası gəlir və onun terror dəstələri XIX əsrin sonundan başlayaraq Osmanlı ərazisində, Qafqazlarda türk və müsəlman əhaliyə qarşı terror hadisələrinə baş vurublar”.

 

Politoloq qeyd edir ki, hazırda ermənilərin çoxlu sayda bu cür terror təşkilatları var.

 

“Bunların içində Yeni erməni ordusu, Asala, Yerkrapah, Sasna tsrer və başqaları var. Son dövrlər VOMA təşkilatının aktivliyi artıb, bu təşkilatın rəhbəri Rusiyada xüsusi xidmət orqanlarda xidmət etmiş Vova Vartanov adlı terrorçudur. Bu təşkilatı o bir neçə il öncə yaradıb. Ermənistanın guya "Vaqneri" kimi göstərməyə çalışır. Ermənistan ərazisində və bəzi müxtəlif yerlərdə onlar erməni gənclərini bu təşkilatın sıralarına cəlb edərək onları silahlı davranışlara və terror hərəkətlərini həyata keçirməyə öyrədirlər. Bu istiqamətdə təlimlər keçirlər”.

 

Politoloq düşünür ki, biz ermənilərin terror fəaliyyətini yaxşı bildiyimizdən bunları nəzərə almalıvə diqqətli olmalıyıq.

 

“Onların fəaliyyətləri ciddi şəkildə izlənməli və preventiv tədbirlər görülməlidir. VOMA təşkilatı yalnız təxribat və terror hərəkəti ilə məşğul ola bilər. Hal-hazırda Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını bərpa edib, artıq erməni təhdidi böyük ölçüdə sıradan çıxarılıb. Erməni faşizminin əsas onurğa sütunu olan Ermənistan ordusu darmadağın edilib, onun özünə gəlməsinə hələ uzun zaman lazımdır. Biz məhz bu cür özündən razı adları böyük olan təşkilatlar ikinci Qarabağ savaşında 44 günlük savaşda da gördük. O zaman Yerkrapah, Sasna tsrer və digərləri böyük pafos və hay-küylə Ermənistandan avtobuslara dolaraq Azərbaycan ərazilərinə gəlirdilər və gəldikləri anda da onlar yerindəcə əksəriyyəti darmadağın edilirdilər. Bu baxımdan mən düşünürəm ki, bu cür təşkilatlar böyük ölçüdə Azərbaycana təhdid yarada bilməzlər”.

 

Aynur Babayeva