Paşinyanın bacarıqsızlığına görə Rusiya-Ermənistan münasibətləri zədələnib-Politoloq şərh etdi

Bölmə: Siyasət › ,
Tarix: 21:40 19.10.2023

"Mən hesab etmirəm ki, Paşinyan Zelenski ola bilər".

 

Bu ifadəni İnformator.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. Politoloq deyir ki, adi məsələdir ki, Nikol Paşinyan Rusiya ilə Ermənistan arasındakı münasibətləri kifayət qədər kəskinləşdirib.

 

“Ümumiyyətlə onun həm özü, həm də hakimiyyət komandasında təmsil olunan bir çox insanlar çox yaxın müddətdə Rusiya əleyhinə ictimai-siyasi fəaliyyətlə məşğul olan adamlardır. Bu adamlar hakimiyyətə gəldikdən sonra da Rusiyaya qarşı bu kəskin şantaj təzyiq ritorikasını davam etdirirlər”.

 

Politoloqun sözlərinə görə, Paşinyanın anti-rusiya mövqeyi, Paşinyan komandasında təmsil olunan məmurların Rusiya əleyhinə kəskin konfrontosiyalı bəyanatları Rusiya-Ermənistan münasibətlərini pozitiv gələcəyi görünməyən bir dalana dirəyib.

 

“Özəlliklə Paşinyanın Avropa parlamentində sonuncu çıxışının ilk hissəsində tamamilə Rusiya əleyhinə ritorikaya kökləməsi Kremlin xoşuna gəlməyib və son dövrlər Paşinyanın da, onun komandasında olan ritorikanın da Rusiya tərəfindən təkrarlandığını görürük. Kremlin rəsmi dairələrinə yaxın olan siyasi şəxslər, birbaşa ən yüksək rütbəli adamlar Paşinyanı aşağılayıb təhqir etməklə məşğuldur. Əlbəttə ki, sonuncu olaraq Paşinyanı Zelenskiyə bənzətməklə Kreml həm də Ermənistan hakimiyyətinə bir növ şantaj və təzyiq vasitəsindən istifadə etməyə çalışır”.

 

Politoloq son olaraq qeyd edib ki, Paşinyan Zelenski ola bilməz.

 

“Çünki Paşinyanda nə siyasi iradə, nə də cəsarət instinktləri mövcud deyil. Bundan başqa Paşinyan siyasətçi kimi də kifayət qədər uğursuz adamdır və onun Ermənistanın içərisində hakimiyyət kürsülərini əldə etməyi və s. məsələdə çox ciddi formada müstəqil qərar qəbul etmə funksiyaları çox zəifdir. O baxımdan Rusiya da fərqindədir ki, Nikol Paşinyanın bacarıqsızlığına görə Rusiya-Ermənistan münasibətləri zədələnib”.

 

Aynur Babayeva