Azərbaycan dünyada inkişaf edən dövlətlərin belə edə bilmədiklərinə nail oldu-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 21:42 19.10.2023

“Yumşaq və sərt güc siyasəti ilə bağlı fikirlər fərqlidir. Dövlətin gücü, onun ətraf regionlarla münasibətləri, münaqişə vəziyyətində olub-olmaması hər 2 siyasət üsulunda önəmli yer tutur”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin  sədri Xəyal Bəşirov söyləyib. Onun sözlərinə əsasən, dünyada ayrı-ayrı dövlətlər “Sərt güc” tətbiq etdikləri halda, ictimaiyyətə elə nümayiş etdirirlər ki, güya, “Yumşaq güc” üsulundan yararlanıblar.

 

“Azərbaycan təəssüf ki, müstəqilliyini bərpa etdikdən bu günə qədər, işğalçılıq siyasətinə məruz qalıb. Azərbaycanın işğala məruz qalması, ərazilərinin 20 faizinin işğal altına düşməsi onun siyasi fəallığına mane olurdu. Azərbaycan siyasi fəaliyyətində “Yumşaq güc” üsulundan istifadə etməyə məruz qalıb. İlham Əliyevin hakimiyyəti dönəmində yürütdüyümüz siyasət sonda keçmiş münaqişəmizin həllinə son qoydu”.

 

Xəyal Bəşirov qeyd edir ki, Azərbaycan Cənubi Qafqaz regionundakı reallıqları dünyanın, dünya dövlətlərinin, ayrı-ayrı təşkilatların diqqətinə çatdırmaq, beynəlxalq ictimaiyyətin mövqeyinə müsbət təsir etməyə çalışırdı.

 

“Təəssüf ki, keçmiş münqaşilə ilə bağlı, Cənubi Qafqaz regionu ətrafında erməni diasporu və lobbi təşkilatları, eyni zamanda Fransa kimu dövlətlər siyasi və diplomatik blokada yaratmışdılar, bununla da dünyanın əksər ölkəsi kimin təcavüzə məruz qaldığını, kimin isə təcavüzkar olduğunu anlaya bilmirdilər”.

 

Müsahib əlavə edir ki, Azərbaycan 1994-cü ildən 2020-ci ilə qədər dözüm nümayiş etdirdi. 2016-cı il döyüşlərini mesaj kimi qəbul etsək, biz yenə də “Sərt güc” siyasətini tətbiq etmədik.

 

“Azərbaycan 2018-ci ildə bir sıra ərazilərini işğaldan azad edib, dayandıqdan sonra, dünyaya nümayiş etdirdi ki, dövlətin gücü və qüdrəti var, amma sərt yola baş qoymur. 2003-cü ildən 2020-ci ilə qədər İlham Əliyev “Yumşaq güc” siyasətindən faydalanıb. Heç vaxt təmaslardan qaçmayıb, münaqişələrin aparılmasından imtina etməyib. Azərbaycan anlamalıdır ki, bu məsələ sülh yolu ilə həll olunmayacaq. Bu onu göstərir ki, yumşaq güc siyasəti o qədər də həll edici rola malik olmadı”.

 

Müsahib, 2004-cü ildən başlayaraq Azərbaycanda, əsasını Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın qoyduğu, zərif və incə diplomatiya yeridilməyə başlamasını da vurğulayıb.

 

“Bu istiqamətdə həyata keçirilən bütün addımlar, layihələr Azərbaycanın bütün dünyada “Yumşaq güc” siyasətinin nümunəsini ortaya qoydu. Həmin dövlətlər və təşkilatlar elə anladılar ki, Azərbaycan daim bu siyasəti həyata keçirəcək, onlarda başımızın altına yastıq qoyacaq. Amma Mehriban xanım, bu fikirlərə YUNESKO-nun xoşməramlı səfiri statusundan imtina etməklə cavab verdi. Bu siyasətimizi dəyərləndirməyən tərəflərə sərt cavabımız idi. Cənab Prezident ən doğru addımı, ən doğru zamanda atdı. Biz düşünürdük ki, 300 ildə keçsə, bu məsələ həll yolunu tapmayacaq, pərdə arxasına keçəcək. Amma anladıq ki, güc tətbiq etməkdə lazımdır, lakin yerində və ölçüsündə. Biz dünyada inkişaf edən dövlətlərin belə edə bilmədiklərinə nail olduq”.

 

Həcər Əmiraslanlı