"ZƏNGİLANIN İŞĞALDAN AZAD EDİLMƏSİ AZƏRBAYCAN ORDUSUNUN HƏYATA KEÇİRDİYİ ƏN ÖNƏMLİ ƏMƏLİYYATLARDAN BİRİDİR"-OQTAY QASIMOV

Bölmə: Siyasət › ,
Tarix: 18:09 20.10.2023

Bu gün Zəngilan rayonunun işğaldan azad edildiyi gündür. Rayon 44 günlük savaşın gedişatında-20 oktyabr 2020-ci ildə işğaldan azad edilib.

 

 

Politoloq Oqtay Qasımov Zəngilanın işğaldan azad edilməsinin Azərbaycan Ordusu üçün ən önəmli əməliyyatlardan biri olduğunu qeyd edir. "Xudafərin körpüsü azad edildikdən 3 gün sonra Azərbaycan Ordusu Zəngilanı tamamilə azad edərək Azərbaycanın 30 ildən bəri nəzarətdən kənarda qalan 132 km-lik sərhəddini bərpa etdi. Buraya Horadizdən başlayaraq Ağbənd kəndinə qədər olan ərazilər daxildir, nəticədə biz dövlət sərhədlərinə nəzarəti tam şəkildə bərpa etdik. Həmçinin, sözügedən rayonun azad edilməsi Qubadlı istiqamətində gedən əməliyyatları sürətləndirməsinə şərait yaratdı, Şuşa istiqamətlərində gedən əməliyyatlara isə bir növ dəstək vermiş olub".

 

 

Oqtay Qasımov əlavə edir ki, Zəngilanın yerləşdiyi strateji mövqe gələcəkdə kommunikasiya əlaqələrinin genişlənməsi üçün əlverişlidir. "Eyni zamanda Zəngilan rayonu zəngin faydalı qazıntılara malik olan ərazilərdir. Orada geniş su ehtiyyatları, meşə zolaqları, bərpa olunan enerji ehtiyatları, qızıl və digər qiymətli materiallar var".

 

ÇİNARƏ MURADOVA