Ermənistanın vəziyyəti get-gedə daha da pisləşir-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 20:30 20.10.2023
İrəvanda və Ermənistanın digər bölgələrində mitinqlər başlayıb.
"Hələ qısa bir müddətdə Ermənistana gələn Qarabağ erməniləri etiraz edirlərsə, hansısa haqqlarının yerinə yetirilmədiyini söyləyirlərsə, bunun sonrakı axış bucağının necə olacağını təsəvvür etmək o qədər də çətin deyil."
Bu sözləri informator.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. Politoloq deyir ki, əlbəttəki hazırda Ermənistan daxilində ictimai-siyasi xaos hökm sürür.
“Özəlliklə ölkədə siyasi qüvvələrin yoxa çıxdığını görürük. Daha əvvəl revanşist açıqlamaları ilə gündəmə gələn Qoçaryan, Sarkisyan və keçmiş "Qarabağ klanı" özəlliklə sonuncu məğlubiyyətdən sonra xalqa heç bir açıqlama vermir. Bundan əlavə Nikol Paşinyan və onun komandasına daxil olan siyasətçilərin də göz önündə olmadığı tendensiyasını müşahidə edirik və bütün bunlar Ermənistanın vəziyyətinin get-gedə daha da pisləşdiyini göstərir. Belə olan təqdirdə həm də hökumətin qarşısında çağırışlar var”.
Politoloq qeyd edir ki, Qarabağdan Ermənistana gələnlər Ermənistandan sosial-iqtisadi islahatlar tələb edir və həmçinin onlara normal şəraitin yaradılmasını istəyirlər.
"Amma həm Ermənistanın ictimai-siyasi münasibətlər sistemində, həm də bütövlükdə Ermənistan ictimai rəyində Qarabağdan gələn Ermənilərə qarşı bir antikvatiya mövcuddur”.
Aynur Babayeva