ABŞ İSRAİL VƏ UKRAYNAYA NƏ ÜÇÜN YARDIM GÖSTƏRİR?
Bölmə: Siyasət › ,Tarix: 22:01 20.10.2023
Politoloq Natiq Miri iddia edir ki, ''Ukrayna bütövlükdə Qərb Rusiyaya qarşi durma kontekstində baş verirsə, burada əsas geosiyasi məqsəd Rusiyanın tamamilə çökdürülüb Rusiyaya Qərbin yəni NATO-nun rəqibi olmaqdan çıxarmaq və Rusiyanı 2-ci dərəcəli dövlətə çevirməkdirsə, İsraildə məqsəd fərqlidir. Suriyanın Colan təpələri torpağını İsrail işğal etdiyi üçün İsrailin tərkin hissəsi kimi tanıyıb. Bu beynəlxalq hüquqa açıq şəkildə "tüpürmək" idi''.
Politoloq qeyd edir ki, ''Bütün ərazilər fələstinlilərin əlindən alınandan sonra artıq "Fələstin muxtariyyəti" deyiləcək bir qurum qalmayacaq. Bunlar düşünür ki, yeni reallıq yaranacaq, bütün problemlər həll olunacaq. Burada əsas niyyət budur. ABŞ-da bu layihəyə dəstək verir. Yaxın Şərqdə güclənən dövlətlərin təsirini onlar zəiflətmək istəyirlər, yenidən Yaxın Şərqdə ABŞ-ın İsrail hegomonluğunu bərpa etmək istəyirlər".
ÇİNARƏ TARVERDİYEVA