"MÜHARİBƏ UZUN MÜDDƏTLİ OLARSA, İSRAİLİN İQTİSADİYYATINA CİDDİ ZƏRBƏLƏR DƏYƏCƏK"-NATİQ CƏFƏRLİ
Bölmə: İqtisadiyyat › ,Tarix: 19:56 25.10.2023
18 gündür Qəzzanı bombardman edən İsrail atom bombasının gücünə bərabər olan 12 min tondan çox partlayıcıdan istifadə edib. Bu hadisələrin İsrailin iqtisadiyyatına təsiri necə olacaq? İqtisadçı Natiq Cəfərli açıqlama verib.
"Bu hadisələr ölkələrin təhlükəsizlik məsələsidir deyə iqtisadiyyat arxa plana keçir. Qəzza və İsraildə insan həyatından söhbət gedir. İsrail iqtisadiyyatı yüksək texnologiyalar üzərindən qurulduğundan, iqtisadiyyata hələ zərər gəlməyib. Müharibə uzun müddətli davam edərsə, İsrailin iqtisadiyyatına ciddi zərbələr dəyəcək, dünya iqtisadiyyatında isə ciddi dalğalanmalar yarana bilər".
Çinarə Muradova