"QARABAĞDAN KÖNÜLLÜ ÇIXMIŞ ERMƏNİLƏR ERMƏNİSTANDA YAŞAMAYACAQ"-OQTAY QASIMOV
Bölmə: Siyasət › ,Tarix: 20:39 26.10.2023
Qarabağdan könüllü çıxmış erməni əsilli şəxslərdən 10 mindən çoxu Ermənistanı tərk edib.
Bu vəziyyətə bir neçə səbəb göstərən politoloq Oqtay Qasımov iddia edir ki, Ermənistanda yaşamaq üçün şərait kifayət qədər əlverişli deyil.
"Qarabağdan köçən ermənilər Ermənistanda yaşayış şəraitinin ağır, iqtisadi vəziyyətin çətin, təhlükəsizliklə bağlı problemlərin olduğunu nəzərə alaraq Ermənistanda yaşamaq əvəzinə başqa ölkələrdə yaşamağı üstün tuturlar".
Politoloq digər səbəbləri də vurğulayıb. "Bu məsələlərin başında Rusiya gəlir. 1990-cı illərdə Qarabağda yaşamış sözügedən insanların əksəriyyəti Rusiyaya gedib orada yerləşiblər. Bundan sonrakı həyatlarını da Rusiyada davam etdirəcəklərini qeyd ediblər.
Digər səbəb isə onların icma halında yaşamağı seçib, "köçkün" adı altında daha çox imtiyaz əldə edəcəklərini hesaba qataraq Avropa ölkələrində, o cümlədən Rusiyada uyğun şərtlərlə yerləşmək, imkanlardan istifadə etmək istəyirlər".
ÇİNARƏ MURADOVA