İSRAİL-FƏLƏSTİN MÜHARİBƏSİ DAHA DA ALOVLANDIRILIR
Bölmə: Siyasət › ,Tarix: 21:07 26.10.2023
Ərazisində milyonlarla müsəlman yaşamasına baxmayaraq Paris müharibənin qarşısını almaq yerinə, İsrail – Fələstin münaqişəsini hər gün bir az da alovlandırır.
İNFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, prezident Emmanuel Makronun regional və beynəlxalq koalisiya yaratmaq təklifi də Fransanın Yaxın Şərqdə vəziyyətin daha gərginləşməsində maraqlı olduğunu göstərir.
Günlərdir davam edən İsrail-HƏMAS münaqişəsi beynəlxalq gündəmin əsas mövzusudur. Qərbin öz maraqlarına xidmət edən siyasətinin İsrail-Fələstin münasibətlərinin normallaşmasına əsas maneə olduğunu görürük. Özünü sülh tərəfi kimi göstərən ölkələr münaqişələrin həllində vasitəçilik etmək əvəzinə birtərəfli siyasət aparmaqla vəziyyəti daha da alovlandırıb, müharibənin miqyasını artırmağı hədəfləyirlər. Fransa Prezidenti Emmanuel Makronun regional və beynəlxalq koalisiya yaratmaq təklifi isə onun sülh yox, müharibəni daha da genişləndirmək siyasəti kimi şərh olunur.
Politoloq Züriyyə Qarayeva qeyd edir: "proseslər onu deməyimizə əsas verir ki, qərbdə fransa da daxil olmaqla bir çox güclər bölgənin barıt çəlləyi imicindən kənarlaşaraq sülh bölgəsinə çevrilməsinə razı deyillər, əksinə bölgədə münaqişə ocaqlarının qalması yolunda ciddi addımlar atmağa davam edirlər".