Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 19:59 28.10.2023
Ermənistanın mina terroru davam edir. II Qarabağ müharibəsindən sonra, 330-dan çox insan mina terrorunun qurbanı olub. Onların çoxu mülki şəxslərdir. Bu gün insanlarla yanaşı heyvanlar da mina partlayışları nəticəsində məhv olur. İrəvan höküməti mina xəritələrini təhvil verməkdən boyun qaçırması isə yaşanan faciəvi hadisələrin artmasına şərait yaradır.
Məsələ ilə bağlı, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İB-nin sədri Hafiz Səfixanov Arb 24-ə açıqlamasında söyləyib ki, insanlar təsərrüfat işləri ilə məşğul olduqda belə mina qurbanına çevrilirlər. Onun sözlərinə görə, onlar hər həftə yeni mina qurbanları ilə bağlı məlumatlar alır.
“Bizim vətəndaşlarımız minalardan təmizlənməyən ərazilərə daxil olmamalıdırlar. Təhlükəsizliklə bağlı, maarifləndirmə ilə bağlı verilən tələblərə ciddi əməl etməlidirlər. Xüsusilə də, infrastruktur layihələrinin icrasına cəlb olunmuş insanlara, oraya qayıdıb orada yaşayan insanlara aiddir”.
LƏMAN