Azad edilmiş ərazilərdə heyvanlar da minaya düşür-2 ayı, 1 bəbir

Bölmə: Siyasət › ,
Tarix: 20:12 28.10.2023

Rəsmi İrəvan insanlarla yanaşı, həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. Ermənistanın Cənubi Qafqazın təbiətinə, heyvanlar aləminə qarşı mina terrorunun dayandırılması üşün “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi minaya düşən heyvanlarla bağlı Beynəlxalaq təşkilatlara müraciət edib. Bir müddət əvvəl 1 ayı minaya düşərək şikəst qalıb, 1 ayı balası isə minanı tapdalamaqla məhv olub. Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl Ermənistanla Azərbaycan sərhədində ayaqları şikəst qalan 2 bəbirin təsvirini də yayıb. Mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan növlərə də rast gəlinir. Bundan başqa 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda xeyli sayda meşələr məhv edilib, torpaq və su hövzələrinin qanunsuz dağ-mədən sənayesi işləri nəticəsində çirkləndirililb və bu da heyvanlara qarşı da kütləvi qırğındır.

 

Məsələ ilə bağlı, “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov Arb 24-ə açıqlamasında deyib ki, minaya düşən heyvan əgər şikəst olursa, sağ qalıb ölmürsə, belə o artıq ölüməməhkum olan fərddir.

 

"Çünki o, qidalanmaq üçün bütün vərdişlərini itirir. Bu cür qeyri-insani münasibət Ermənistan tərəfindən Azərbaycanın həm də təbiətinə qarşı olub. Onun flora-faunasına qarşı olub. Bütün bu faktları beynəlxalq təşkilatlar bilməlidir. Onlar xəbərdar olmalıdırlar və təbii ki, bu əməllər pislənilməlidir".

 

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İB-nin sədri Hafiz Səfixanov isə açıqlamasında söyləyir ki, Ermənistan silahlı qüvvələrinin Qarabağda qalan tör-töküntüləri tərəfindən itin boğazına partlayıcı maddənin bağlanması və onun Azərbaycan mövqelərinə tərəf yönləndirilməsi ilə fakt məlum idi.

 

“Bu faktla bağlı biz də bir təşkilat olaraq beynəlxalq əlaqədə olduğumuz bütün beynəlxalq təşkilatlara, mina problemləri ilə məşğul olan təşkilatlara müraciət ünvanladıq və bir daha göstərdik. Bu hal istər minalarla bağlı konvensiya tələbləri, istərsə də mina-tələlərlə bağlı Cenevrə konvensiyasının 2-ci protokolunun pozulmasıdır”.

 

LƏMAN