Sülh müqaviləsi imzalanmadığı müddətcə, Ermənistanla əməkdaşlıq mümkünsüzdür-deputat Azər Badamov
Bölmə: Siyasət › ,Tarix: 20:57 28.10.2023
"Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən, Ermənistanın öhdəliyidir. Amma Ermənistan bu bəyanatın digər bəndlərini də icra etmədiyi kimi, bu bəndin icrasından da imtina edir”.
Bu sözləri İnformator.az-a açıqlamasında Millət vəkili Azər Badamov söyləyib. Deputat deyir ki, Azərbaycanın Ermənistandan keçəcək Zəngəzur dəhlizinin açılmasına marağı azalır.
“Azərbaycanın qonşu ölkələrin suverən ərazilərində heç vaxt gözü olmayıb və güc yolu ilə Zəngəzur dəhlizin açılmasına heç vaxt çalışmayacaq”.
Millət vəkili deyir ki, Zəngəzur dəhlizi ilə bağlı proseslərə alternativ İran ərazisində, Araz çayının sol sahili ilə tikiləcək yeni yolun açılması istiqamətində müəyyən işlərə başlanılıb.
"Əslində hər iki yolun uzunluğu eynidir. Ona görə də, Ermənistanın istədiyi kimi Zəngəzurdan dəhliz yox, yol statusu ilə kommunikasiyaların açılması ölkəmizə maraqlı deyil. Çünki bu yol dəhliz statusu ilə açılsaydı imzanlanan bəyanata əsasən, Rusiya Federal Xidməti tərəfindən təhlükəsizlik təmin olunacaqdı. Amma Ermənistanın dediyi kimi yol statusu ilə açılarsa, burada təhlükəsizlik məsələləri sual altında olacaq”.
Azər Badamov düşünür ki, Ermənistanla sülh müaviləsi imzalanmadığına görə kommunikasiyaların açılması da mümkünsüzdür.
“Aramızda sülh sazişi imzalanmadan, əməkdaşlıq qurula bilməz. Bunu mümükünsüz hesab edirəm. Azərbaycan üçün İran ərazisindən yolun açılması daha əhəmiyyətlidir".
A. Badamov əlavə edir ki, Zəngəzur dəhlizi açılmasa, belə Ermənistan yenə də dünyadan təcrid olunmağa davam edəcək.
“Bu da Ermənistanın tənəzzülünü sürətləndirəcək. Tiflisdə keçirilən IV İpək Yolu konfransında baş nazir Paşinyan Ermənistan döngəsi layihəsi haqqında danışdı. O, bu açıqlama ilə İrandan Ermənistan üzərindən Qara dənizə yolu açmaq üzərində işlədiyini bildirib. Paşinyanın səsləndirdiyi Ermənistan döngəsi lahiyəsi utopik xəyallardan başqa bir şey deyil. Çünki bu yol çətin relyefli ərazilərdən keçdiyindən inşası üçün böyük investisiya yatırılmalıdır”.
Deputat sonda deyib ki, Ermənistanın dövlət büdcəsi maliyyə ayırmaq iqtidarında deyil və yaxın gələcəkdə də reallıq kimi görünmür.
“Paşinyan Azərbaycanın həyata keçirdiyi beynəlxalq nəqliyyat dəhlizlərini görüb həvəslənərək bu fikri ortaya atdığını hesab edirəm. Amma Paşinyan iqtisadi asıllıqda olan Ermənistanı gücül iqtisadiyyata malik Azərbaycanla necə müqayisə etdiyini ancaq gülüş doğurur. Təbii ki, regionda icra olunan bütün beynəlxalq lahiyələrin lokomativi Azərbaycan olub. Bundan sonra da reallaşacaq regional lahiyələr də ancaq Azərbaycanın iştirakı ilə baş tutacaqdır. Paşinyan əgər papağı varsa qabağına qoyub fikirləşib reallığı dəyərləndirərək Zəngəzur dəhlizinin açılmasına təşəbbüslə çıxış etsə, yaxşı olar. Çünki, Ermənistanın gələcəyi Zəngəzur dəhlizin açılışından asıılıdır. Zəngəzur dəhlizi açılarsa, Ermənistanın dünyaya qapıları açılır. Azərbaycan üçün isə bu o qədər də əhəmiyyət daşımır. Naxçıvanla əlaqəmiz İran üzərindən qurulacaq və tikiləcək yeni yol regionumuza yeni imkanlar qazandıracaqdır".
Nəzrin Mirzəyeva