ƏRZAQLARIN QİYMƏTİ UCUZLAŞACAQ?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:53 30.10.2023

Çörəyin qiyməti ucuzlaşıb. Qiymətdə azalmanın səbəbi nədir?

Iqtisadçı Natiq Cəfərli mövzu barədə açıqlama verib. İqtisadçı çörəyin qiymətinin ucuzlaşma səbəbini taxılın qiymətindəki fərqdə görür.

 

 

"Son zamanlar dünya bazarında taxılın qiymətində azda olsa, ucuzlaşma müşahidə olunur. Azərbaycan taxılda dünya bazarından asılıdır. Azərbaycan özünü taxıl məmulatları ilə çox az yəni 25% əhatə edir, 75% isə xaricdən asılıyıq.
Son zamanlar dünyada taxılın qiymətində ucuzlaşma müşahidə olunub . Dünyada bol məhsudarlıq var. O cümlədən, ölkəmizdə, Qazaxıstanda, Rusiyada taxılın bolluğu yaşanılır, bu da qiymətləri xeyli aşağı salır.
N.Cəfərli bildirir ki, cüzidə olsa, digər un məmulatlarına təsiri olacaq. Bunun nə qədər davam edəcəyini söyləmək indidən çətindir, çünki gələn ilin qiymətləri, payızlıq buğdanın həcmindən asılı olacaq. Dünyada yazlıq buğdada artım var idi, payızlıq buğdada eyni artım olsa, qiymətlər tənzimlənsə, Azərbaycanda da bu, davamlı şəkil ala bilər".

 

FİDAN İBRAHİMLİ