Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət nitqindən imtina etməlidir-Baş Prokurorun müavini

Bölmə: Siyasət › ,
Tarix: 18:34 30.10.2023

"Qərbi azərbaycanlılara qarşı Ermənistan tərəfindən aparılmış soyqırım və deportasiya ilə bağlı cinayət işi başlanıb".

 

İnformator.az xəbər verir ki, bunu Baş Prokurorun müavini Elmar Camalov “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı mərasimində çıxışında deyib.

 

Elmar Camalov bildirib ki, Ermənilərin mülki əhaliyə və infrastruktura ziyan vurması, qadağan olunmuş fosfor silahlarından istifadə etməsi məsələləri araşdırılır.

 

“Ümumiyyətlə, XX əsrin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi bütün cinayətlər araşdırılır. Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət nitqindən imtina etməlidir”.

 

Həcər Əmiraslanlı