Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair hesabat hazırlanıb-Ombudsman
Bölmə: Siyasət › ,Tarix: 20:40 30.10.2023
“Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə birgə əməkdaşlıqda ingilis dilində iki hesabat nəşr olunub”.
İnformator.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında deyib.
Ombudsman bildirib ki;
“Əldə edilmiş faktoloji materiallardan, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmaqla hazırlanmış hesabatlar Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq və bu siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır”.
Ombudsman qeyd edir ki, bu hesabatlar beynəlxalq səviyyədə Azərbaycanın maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Bu hesabatlarla yanaşı, tərəfimizdən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair daha bir hesabat, o cümlədən azərbaycanlılara qarşı aparılan nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videomaterial da hazırlanıb. Bu materiallar əlçatanlığın təmini məqsədilə təsisatın rəsmi internet saytında və sosial şəbəkə hesablarında yayımlanıb. Bu sahə üzrə məsələlər bundan sonra da araşdırılacaq və növbəti materiallar, hesabatlar hazırlanacaq”.
Həcər Əmiraslanlı