Qarabağdan könüllü köçən ermənilərə pay düşürmü?-Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 20:47 30.10.2023

UNHCR dediyimiz BMT-nin Qaçqınlar Agentliyinin sənədlərində müxtəlif yer və zamanlarda istifadə olunan ifadələrə nəzər yetirək. Bunlar aşağıdakı kimidir: “Evlərinə təhlükəsiz qayıda bilməyən “qaçqınlar””, “insan hüquqlarının pozulması, silahlı münaqişə və ya təqiblər də daxil olmaqla, təqib və ya ciddi zərər riskindən qaçan şəxslər”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

 

Politoloq, bir qədər fərqli ifadələrdən də söz açıb: “...qaçqınların  həyatı çox təhlükəlidir, yəni təhlükə altındadır və başqa yerlərdə beynəlxalq müdafiəyə ehtiyacları var, müdafiə riskləri ilə üzləşənlər”.

 

Ş.Həsənova qeyd edir ki;

 

“Nəzəri baxımdan bunları ələkdən keçirdikdən sonra bir tərəfdə 1948-1953-cü illərdən başlayaraq mərhələli şəkildə davam edən deportasiya və ələlxüsus da Kəlbəcərdən zorla çıxarılan, ayağı yalın qocalarımız, gəlin-qızlarımız, körpələrimiz, digər yandan isə “körpünü”  keçənə kimi “erməni millət deyil” deyib, keçəndən sonra da “başımıza silah dayadıqları üçün zorla dedizdirildi” deyən ləyaqətdən uzaq toplumun qocaları var bir də”.

 

Politoloq qeyd edir ki, BMT-nin Qaçqınlar Agentliyinin sənədlərində belə bir sual da qaldırılır:Dövlətlər qaçqınların müdafiəsinə necə zəmanət verirlər?

 

“Cavabına da gecikmədən dərhal bu cür aydınlıq gətirilir ki “Şəxs sığınacaq və ya qaçqın müdafiəsi üçün müraciət etdikdə, dövlət həmin şəxsin qaçqın olub-olmadığını müəyyən edəcək”.

 

Müsahib düşünür ki, Mətbuatda belə xəbərlər də dolanır ki, Paris Şəhər Şurası qarabağlı ermənilərə “Fəxri vətəndaşlıq sertifikatları” verəcək.

 

“Maraqlıdır ki, Fransa BMT sənədində də deyildiyi kimi həmin şəxsin qaçqın olub-olmadığını necə müəyyən edəcək? Deməli, bu da beynəlxalq hüquqa zidd addım olacaq. Çünki onlar yuxarıda göstərilən kriteriyalardan heç birinə uymur. O ki, qaldı yuxarıda qeyd etdiyimiz nəzəri məsələlərin praktiki cavablarına-təzyiq yox, təqib yox, ciddi zərər riski, təhlükə də onun kimi. O zaman hansı statusdan söhbət gedir axı?”.

 

Politoloq qeyd edir ki, biz heç kimi nəinki məcbur etmədik, hətta Azərbaycan dövləti dəfələrlə onlara müraciət etdi ki, vətəndaşlığımızı alıb yaşaya bilərsiniz.

 

“Tərk edərkən videomateriallardan da göründü. Bildirirdilər ki “bizə dedilər ki gedin, qalmayın, belə məsləhətdir”. Deməli, “məsləhətli don gen olar” fikrini əsas tutaraq böyük bacı kiçik bacısını yaxşı öyrədib. Deyən də, dedizdirən də, plan quran tərəf də biz olmamışıq. Bəli, bu, plandır, siyasi gedişdir, ayrı da heç nə. Əsas hədəf bunu Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir. Məqsəd bunu qərbi azərbaycanlıların doğma ata-baba yurdlarına qayıdışı məsələsinə qarşılıq olaraq  öz ağıllarınca daha güclü kart kimi zamanı gələndə üzə çıxarmaqdır”.

 

Şəbnəm Həsənova düşünür ki, Ermənilərin “saxla samanı, gələr zamanı” hiylələri tarix boyu doludur.

 

“Bu siyasi məqsəddən əlavə həm də iqtisadi maraq kimi yenə ağlayıb-sızlayaraq Qərbdən pul qopartmağın da ayrı bir yoludur. Qərb institutları bu məsələ ilə bağlı Ermənistan hökuməti ilə əməkdaşlıqda, həmçinin Inter-Agency Response Plan dediyimiz yəni, Qurumlararası Cavab Planı çərçivəsində bu köçkünlərin ehtiyaclarına cavab verməyə davam etdiklərini bildirirlər. Lakin zamanında 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşəndə, çadır şəhərciklərinə məhkum olanda həmin institular qurbağa gölünə daş atılmış kimi susqun idilər”.

 

Politoloq sonda deyib ki, Ermənilərin bölgədə yerləşdirilməsi necə böyük oyunun tərkib hissəsi və necə illeqal idisə, indiki qaçqın şouları da elə o cür şou xarakterli və illeqaldır.

 

“Necə deyərlər ermənilər “haqqın yolunu” - iqtisadi və siyasi dividentlər qazanmağın yolunu yaxşı tapıb! Dilənməklə dolanmağa nə var ki! Cənab Prezident İlham Əliyevin “Yoxdur status!” ifadəsi burda da aktual  və keçərlidir. Digər statusdan pay düşmədiyi kimi “qaçqın və məcburi köçkün” statusundan da Qarabağdan könüllü köçən ermənilərə pay düşmür”.

 

Aynur Babayeva