NİKOL PAŞİNYAN KÜTLƏVİ TƏDBİRLƏRDƏN NİYƏ QAÇIR?
Bölmə: Siyasət › ,Tarix: 20:50 31.10.2023
Son dövrdə Ermənistanın baş naziri Nikol Paşinyanın ictimaiyyət arasında görünməməyə çalışması xüsusi diqqət çəkir. O, ölkəsində keçirilən tədbirlərə yüzlərlə mühafizəçisinin müşayiəti ilə ən sonda gedir, bir neçə kadr çəkiləndən sonra isə ərazidən uzaqlaşır. Avropa Parlamentində çox rahat bir şəkildə kürsüdən yalan bəyanatlar verməkdən çəkinməyən Paşinyanın öz ölkəsində narahat hiss etməsi isə anlaşılandır. Həm Rusiya ilə yaşadığı probelmlər, ölkə daxilində separatçıların aktivləşməsi onu qorxudur.
İNFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın kütləvi tədbirlərdən qaçması erməni ictimaiyyətinin gündəmini zəbt edib. Bu proses son dövrdə tez-tez müşahidə olunsa da, artıq media bu məsələni açıq şəkildə gündəmə gətirir. Erməni mətbuatı yüzlərlə mühafizəçi tərəfindən qorunan Baş nazirin təhlükəsizlik səbəbindən bu addımı atdığını yazır. Nəzərə alsaq ki, İrəvanda daha əvvəl parlamentə silahlı hücum olub, baş nazir öldürülüb, o zaman Paşinyanın da özünə qarşı silahlı hərbi çevriliş ehtimalından qorxması başadüşüləndir.
Amerikalı politoloq Endryu Korinko qeyd edir ki, "Paşinyan rəngli inqilab nəticəsində hakimiyyətə gəlib. Amma indi nə qədər ironik görünsə də, daha bir oxşar silahlı etirazın onun özünün devrilməsi ilə nəticələnəcəyindən qorxur. Bu, tamamilə mümkün ssenaridir. Nəzərə alsaq ki, erməni cəmiyyətində ultramillətçi ovqat güclüdür, o zaman böyük iğtişaşların baş verəcəyi gözləniləndir. İstər təbii, istərsə də qismən xaricdən təhrik edilən qarşıdurmalar qaçınılmaz olacaq. Baş nazir də bu ehtimalı dəyəndirərək, təhlükəsizliyi əldən vermək istəmir.