EMMANUEL MAKRON QAZAXISTAN VƏ ÖZBƏKİSTANA SƏFƏR EDƏCƏK
Bölmə: Siyasət › ,Tarix: 20:57 31.10.2023
İNFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana, noyabrın 2-də isə Özbəkistana gedəcək. Bu barədə Yelisey Sarayından məlumat verilib.
Qeyd olunub ki, Rəsmi Paris islahatlar və modernləşmə yolunda bu iki ölkəni dəstəkləməyə, beynəlxalq əlaqələrin şaxələndirilməsinə, eləcə də onların Avropa ilə münasibətlərini gücləndirmək niyyətinə töhfə verməyə hazırdır. Qazaxıstan və Özbəkistanı Fransaya yaxınlaşdırmaqda məqsəd iqtisadi sahədə, xüsusilə enerji sektorunda, mühüm materialların tədarükü, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və müdafiə sahələrində əməkdaşlıqdır. 21 ci əsrdə zorakılıq, insan hüquqlarının pozulması, irqçilik, müstəmləkə ifadələri ilə adı bir çəkilən Fransanın modernləşmədən danışması sadəcə gülüncdür. Siyasi şərhçilər bu səfər bir tərəfdən fransanın məqsədyönlü şəkildə cənubi qafqazda yaratmaq istədiyi problemləri ön asiyaya daşımaq niyyətindən qaynaqlandığını deyirlər. Nəzərə alsaq ki, Rəsmi Paris azərbaycan və türkiyə ilə düşmənçilik münasibətlərini açıq aşkar göstərir. Deməli türk dilli dövlətlər təşkilatına da münasibətinin müsbət olduğunu düşünmək sadəlövhlük olar.
Politoloq Züriyə Qarayeva qeyd edir ki, "ən başlıcası Azərbaycanın bölgədə yaratdığı yeni siyasi konfiqurasiya, Zəngəzur dəhlizinin ciddi şəkildə aktuallıq qazandığı bir vaxtda türk dünyasının daha da kardinasiyalaşması, müvafiq layihələrin icrasıyla türk coğrafiyası ölkəlkərinin fiziki birləşmə ehtimalənın daha da ciddi şəkildə gündəmə gəldiyi bir vaxtda fransa məhz türk dünyası ölkələrinə səfər etməklə sanki müəyyən əngəllər yaratmaq istəyində buluna bilər".