"Bu layihə Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcək" -iqtisadçı Elçin Rəşidov
Bölmə: İqtisadiyyat › ,Tarix: 09:43 01.11.2023
Kəlbəcər, Laçın və Şuşada Azərbaycan brendi olacaq mineral sular istehsal ediləcək. Bu Azərbaycan iqtisadiyyatı üçün yeni bir üstünlükdür. Bəs mineral suların istehsal olunmasının iqtisadiyyata hansı təsirləri ola bilər? Bu mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov ilə həmsöhbət olduq.
İqtisadçı Elçin Rəşidov bildirib ki, bu layihə Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcək. "Suların buraxılması adi biznesdir. Bunun əsasən fərqliliyi ondan ibarətdir ki, hökümət tərəfindən istehsal olunduğu zaman bu zərərli biznesdir. Azərbaycan iqtisadiyyatında geniş istifadə olunacaqdır. Əgər mənfəət əldə etmək istəyən bizneslərin təşəbbüsü ilə təşkil olunubsa, bu Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcək. Çünki bizneslərin gördüyü işlərin əksəriyyəti mənfəət naminə edilir".
Fatimə Mustafayeva